Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Konteyner gəmisi kapitanın şərəfinə "MSC Nicola Mastro" adlandırılıb

İtaliyanın Trieste limanında tutumu 24 166 TEU olan “MSC” konteyner gəmisinə adqoyma mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, gəmi şirkətin donanmasında işləyən kapitanın şərəfinə "MSC Nicola Mastro" adlandırılıb.

24 minlik gəminin uzunluğu 400 metr, eni 61,5 metrdir. Çinin “Jiangnan” gəmiqayırma zavodunda inşa edilən “MSC Nicola Mastro” bu ilin martında istismara verilən “MSC Celestino Maresca” adlı gəminin oxşarıdır.

Xatırladaq ki, “MSC” şirkəti artıq “MSC Nicola Mastro”-dan başqa 24 min tonluq beş konteynardaşıyanı - “MSC Tessa”, “MSC Irina”, “MSC Celestino Maresca”, “MSC Raya” və “MSC Mette” gəmilərini istismara qəbul edib.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır