Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Dəniz fenomenləri

Bəzən sakit, bəzən də çoşub nəhəng dalğalar yaradan dəniz fenomenal xüsusiyyətləri ilə də insanları təəccübləndirə bilir.

Dənizdə müşahidə olunan qeyri-adi hallardan bir neçəsini nəzərinizə çatdırırıq:

 

İşıq saçan dəniz

Dənizdə yaşayan bəzi canlı orqanizmlərin dərilərindən ifraz olunan və kimyəvi proses nəticəsində işığın saçmasından əmələ gələn görüntü. 

 

 

Günəşin batması zamanı görünən yaşıl işartı

Bu hal günəş üfüqün arxasında olarkən baş verir. Atmosferin təsiri nəticəsində onun son şüaları əyilir  və rəngi yaşıl olur. Bu zaman bir anlıq üfüqdə yaşıl işartı əmələ gəlir.

 

“Müqəddəs Elmanın” alovları

Atmosferdə yaranan elektrik sahəsinin yüksək gərginliyi nəticəsində baş verən optik görüntü. İşıq saçan saplar toplusunu xatırladan bu təbiət hadisəsi dənizdə üzən gəmilərin hündür nöqtələrində (dor ağacında, maçtalarda) görünə bilir. 

“Qatil” dalğalar

Dənizdəki digər dalğalardan hündürlüyü və uzunluğu ilə kəskin şəkildə fərqlənən dalğalar.

Uzunluğu 300, hündürlüyü 30 metrə qədər ola bilən bu dalğalar gəmi ilə toqquşma zamanı 10 atmosfer gücündə su kütləsi yarada bilir. 

 

 

Katatumbo möcüzәsi

Cənubi Amerikada axan Katatumbo çayının Marakaybo gölünə töküldüyü yerdə hər gecə 7-10 saat şimşək çaxır.  Bu hadisə And dağlarından gələn hava kütlələri və yerli bataqlıqdan qalxan metan qazının toqquşması ilə izah edilir. Şimşək 400 km uzaqlıqdan görünür. Bu, ətraf sularda üzən gəmilər üçün “təbii mayak”dır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır