Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Konteyner gəmilərinin təkrar emalı proqnozdan aşağıdır

Konteyner gəmilərinin təkrar emalı hələ də proqnozdan aşağıdır.

“Seanews.az” xəbər verir ki, zəifləyən təkrar emal bazarı fonunda “Evergreen” konteyner gəmilərini metal qırıntısı kimi satmağa başlayıb.

Ötən həftə Tayvan daşıyıcısı təkrar emal üçün 1998-ci ildə tikilmiş iki gəmini – 4,2 min TEU tutumlu “Ever Devote” və 1,3 min TEU tutumlu “Uni Aspire” gəmilərini satıb. “Ever Devote” tonu 555 dollara, “Uni Aspire” isə tonu 585 dollara satılıb. Konteyner gəmiləri Hindistandakı gəmiqayırma müəssisəsinin meydançalarında doğranacaq.

Əvvəllər “Evergreen” Hindistana 4,2 min TEU tutumlu “Ever Diadem” və 1,3 min TEU tutumlu “Uni Ardent” gəmilərini metal qırıntısı kimi satıb.

“Evergreen”-lə yanaşı, Cənubi Koreyanın “Sinokor Merchant Marine” şirkəti də xətti konteyner gəmilərini təkrar emal üçün satır. Şirkət 1998-ci ildə inşa edilmiş 1000 TEU tutumlu “Sinokor Vladivostok” konteyner gəmisini tonu 589 dollara, həmçinin yaşı və tutumu eyni olan “Sinokor Akita” və “Sinokor Tianjin” gəmilərini təkrar emal üçün satıb. Bütün bu gəmilər Hindistanda doğranacaq.

Fevralda “Sinokor” 1997-ci ildə inşa edilmiş 1600 TEU “Xiumei Şanxay” avtomobildaşıyanını tonu 604 dollara satıb. Gəmi Banqladeşdə metal qırıntısı kimi doğranıb.

 “Keçən həftə “CULines” 1993-cü ildə Omanda inşa edilmiş 1,4 min TEU tutumlu “UGL Hongkong” konteyner gəmisini tonu 530 dollara satıb.

İndiyə qədər təkrar emalın səviyyəsi “Drewry” konsaltinq agentliyi tərəfindən proqnozlaşdırılandan xeyli aşağı olaraq qalır. Bu il proqnoza görə, ümumi tutumu 600 min TEU əvəzinə cəmi 100 min TEU-dan bir qədər çox olan konteyner gəmiləri metal qırıntısı kimi doğranıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır