Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Dubayda dünyanın ilk üzən məscidi tikiləcək

Dubayda sualtı ibadət zalı olan ilk üzən məscid tikiləcək. Dubay Su Kanalında həyata keçiriləcək layihənin dəyəri 55 milyon dirhəm (15 milyon ABŞ dolları) təşkil edəcək.

Trend xarici KİV-lərə istinadla xəbər verir ki, yeni meqalayihənin məqsədi dini turizm sektorunu inkişaf etdirməkdir və bunun sayəsində əmirlik daha çox səyahətçi, o cümlədən, müsəlmanları cəlb etməyə ümid edir.

Məscid binası üç mərtəbədən ibarət olacaq, mərtəbələrdən biri suyun altında yerləşəcək. Məscid eyni vaxtda 75-ə qədər dindarı qəbul edəcək.

Suyun üstündəki iki mərtəbə İslam mühazirələri və seminarlar üçün ayrılacaq. Eyni zamanda, məscidin bütün dinlərin nümayəndələri üçün açıq olacağı bildirilir. Lakin onlar bu ərazidə İslam adət və ənənələrinə uyğun geyinməli və davranmalı olacaqlar.

Daha əvvəl elan edildiyi kimi, Dubayda dünyanın ilk 3D printerində çap olunmuş məscidi tikiləcək. Binanın sahəsi 2000 kvadratmetr olacaq və eyni vaxtda 600 dindarı qəbul edəcək. Tikintinin başa çatdırılması 2025-ci ilə planlaşdırılır.

“Bar Dubai” ərazisindəki tikintiyə 2023-cü ilin oktyabrında başlanacağı bildirilir. Xammaldan və beton qarışığından saatda iki kvadratmetr konstruksiya çap etməyə qadir olan robot-printeri üç işçi idarə edəcək.

2016-cı ildə dünyanın ilk ekoloji təmiz məscidi Dubaydakı “Dayanıqlı şəhər” kompleksi ərazisində açılıb. Onun ümumi sahəsi 10 min kvadratmetrdir və 700 ibadətçini qəbul edə bilir.

Şirkətin bəyanatında deyilir ki, məsciddə Dubayın yaşıl strategiyasına uyğun olaraq ətraf mühitə mənfi təsirləri minimuma endirmək üçün innovativ texnologiyalardan istifadə edilir. Binada enerji sərfiyyatı 90 faiz azaldılıb. Məscidin parklanma sahəsi günəş panelləri ilə təchiz olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır