Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-22,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları dövlət qurumları arasında keçirilən atıcılıq üzrə yarışda iştirak ediblər

Bakı Atıcılıq Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında ilk dəfə stend atıcılığının "sporting" növü üzrə yarış təşkil olunub.

Yarışda ASCO-nu Sosial inkişaf və nəqliyyat departamentinin rəis müavini Anar Hüseynli, Təlim Tədris Mərkəzinin KSƏTƏMM üzrə mütəxəssisi Fərhadbəy Kərimov, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşı Elşən İbrahimxəlil təmsil edib.

Ümumilikdə 44 qurumdan 166 əməkdaşın (120 kişi, 46 qadın) iştirak etdiyi yarışlar sentyabrın 24-dək davam edib və yaxşı nəticə göstərən komandaların əməkdaşlarına medallarla yanaşı, diplom və hədiyyələr də təqdim edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır