Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Okeanın duzlaşması yosunların məhvinə səbəb ola bilər

İsveçli ekoloqlar müəyyən ediblər ki, iqlim dəyişikliyi nəticəsində okeanların duzluluğunun artması yosunların gövdələrindən kalsiumun yuyulmasını sürətləndirəcək və onları xeyli zəiflədəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Current Biology” jurnalında dərc olunan məqalədə yazılıb.

"Dünya okeanının duzlaşma prosesinin yosun gövdələrinə və quruluşuna mənfi təsir göstərdiyini aşkar etdik. Bu, sahil ekosistemlərinin vəziyyətinə köklü təsir göstərə bilər. Xüsusilə, bu proseslər dib səthinin örtüldüyü ərazini kəskin şəkildə azalda bilər. Bitkilərdən, eləcə də yosunlardan sığınacaq və qida mənbəyi kimi istifadə edən digər orqanizmlərə də mənfi təsir göstərəcək”, - tədqiqatçılar yazır.

Göteborq Universitetinin professoru Henrik Pavianın rəhbərlik etdiyi bir qrup ekoloq yosunun “Fucus vesiculosus” növünün suda CO2 konsentrasiyasının artmasına necə reaksiya verdiyini müşahidə edərkən bu nəticəyə gəlib. Belə vəziyyətin yaranacağı gələn əsrin əvvəllərinə təsadüf edə bilər.

Dünya okeanları iqlimşünasların da hesab etdiyi kimi, hələ də qlobal istiləşmənin əsas təbii əyləci olaraq qalır. Okean suları istiliyin təqribən 90 faizini, sənaye müəssisələri, avtomobillər və sivilizasiyanın digər məhsulları tərəfindən buraxılan karbon qazının isə təxminən üçdəbirini udur. Bu proses nəinki iqlim dəyişikliyini ləngidir, həm də alimlərin qorxduğu kimi, dəniz ekosistemlərində dramatik dəyişikliklərə səbəb ola bilər.

Alimlər həmçinin qorxurlar ki, bu proseslər təkhüceyrəli yosunların yayılmasını sürətləndirə bilər. Bu da digər dəniz canlılarının oksigenə çıxışını kəskin şəkildə pisləşdirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır