Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Cəbəllütariqdə ilk dəfə kruiz gəmisi LNG ilə təchiz edilib

“Shell” şirkəti “Silver Nova” kruiz gəmisində (“Silversea Cruises” tərəfindən idarə olunur) Cəbəllütariqdə ilk mayeləşdirilmiş təbii qaz (LNG) bunkerini həyata keçirib.

“Seanews.az” xəbər verir ki, bunkerləmə əməliyyatı “Royal Caribbean Group”, LNG daşıyıcısı “Anthony Veder” və Gibraltar liman idarəsi ilə birgə hazırlanıb.

“Silver Nova” Almaniyanın “Meyer Werft” tərsanəsində inşa edilib və dünyanın ekoloji cəhətdən ən təmiz kruiz gəmilərindən biridir. 2023-cü ilin yayında sifarişçiyə təhvil verilib. Güman edilir ki, LNG istifadəsi və yanacaq elementi və akkumulyator sistemindən istifadə edən güc mühərrikləri sayəsində bu gəmi emissiyaları əhəmiyyətli dərəcədə azaldacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır