Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çin Antarktidaya iki buzqıran gəmi göndərib

Göyərtəsində bir qrup alim olan “Xuelong” və “Xuelong-2” buzqıran gəmiləri Çinin Şanxay limanından Cənub qütbünə - 40-cı elmi tədqiqat ekspedisiyasına yola düşüb.  

“Seanews.az” xəbər verir ki, ekspedisiyaya Çjanszyaqan limanından çıxan “Tianhui” yük gəmisi də qoşulub.

Yük gəmisi Antarktidada yeni Çin stansiyasının tikintisi üçün material və avadanlıq daşıyır. Ekspedisiyada ümumilikdə 80 müxtəlif təşkilatdan 460 nəfər iştirak edəcək. Çin Mərkəzi Televiziyası məlumatına görə, gəmilərin geri qaytarılması 2024-cü ilin aprel ayına planlaşdırılır.

Əsas vəzifələrdən biri Antarktidada Çinin beşinci elmi stansiyasının tikintisidir. O, Ross dənizinin sahil zonasında yerləşəcək. Yay mövsümündə 80, qış mövsümündə isə 30 mütəxəssis stansiyada növbətçilik edəcək.

Alimlər həmçinin iqlim dəyişikliyinin Antarktida ekosistemlərinə təsirini öyrənəcək və su mühiti və atmosferinə nəzarət edəcəklər. Bundan əlavə, xüsusilə Norveç və Avstriya ilə birgə buz örtüyünün vəziyyətinin qiymətləndirilməsi üzrə beynəlxalq layihələrdə iştirak etmək planlaşdırılır. Çin ekspedisiyası logistika sahəsində ABŞ, Böyük Britaniya, Avstraliya, İtaliya, Cənubi Koreya, Rusiya, Çili və bir sıra digər ölkələrlə fəal əməkdaşlıq etməyi planlaşdırır.

Hazırda Çinin Antarktidada dörd stansiyası var – “Çançen”, “Çjunşan”, “Kunlun” və “Tayşan”. Sonuncusu 2014-cü ildə açılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır