Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

2024-cü ildə konteyner daşımaları bazarının ümumi itkisi 15 milyard dollar olacaq

2024-cü ildə dünyada konteyner daşımaları bazarının ümumi itkisi 15 milyard dollara çatacaq.

“Seanews.az” xəbər verir ki, konteyner xətləri üçün belə pessimist bir proqnozu “Drewry”  təqdim edib. Konteyner bazarının araşdırılması şöbəsinin baş meneceri Saymon Hini deyib ki, "Yük tarifləri bu il 60%, 2024-cü ildə isə 33% azalacaq. Azalma sonrakı illərdə də təkrarlanacaq. Daşıyıcılar yükdaşıma tariflərini maya dəyərindən yuxarı saxlamaq kimi davamlı problemlə üzləşəcəklər.”

Aşağı yükdaşıma tarifləri tələb və təklif arasında dərin uçurumu əks etdirir. Qlobal Təchizat və Tələb İndeksi rekord dərəcədə aşağı səviyyəyə enəcək. 2024-cü ildə tələbin 2% artması ilə təklifin 6,4% artacağı proqnozlaşdırılır.

Saymon Hini deyib: “Daşıyıcılar yükgötürmə qabiliyyətinin artıqlığına çox gec reaksiya verdilər. Tarazlığı bərpa etmək üçün yeganə real variant konteyner gəmilərini təkrar emala göndərmək, gəmilərin hərəkətini yavaşlatmaq və çoxlu sayda səfərləri ləğv etməkdir. Ancaq bunu həyata keçirmək çox çətin olacaq. Ən optimist inkişaflarla belə, balanslaşdırılmış bazara yaxınlaşmaq mümkün olmayacaq”.

Daşıyıcılar donanmalarını ətraf mühit qaydalarına uyğunlaşdırmaq üçün yeniləyirlər, lakin köhnə konteyner gəmilərinin ləğvi ləng gedir. Saymon Hini qeyd edib: "Biz təzyiqi məhz bu tərəfdən hiss etməyə başlayırıq. Bu il ümumi tutumu 115 min TEU olan konteyner gəmilərinin təkrar emala göndərilməsi planlaşdırılır və 2024-cü ildə təkrar emal həcmlərinin əhəmiyyətli dərəcədə - 600 min TEU-ya qədər artması proqnozlaşdırılır."

Konteyner xətlərinin 2023-cü ildə ümumi əməliyyat gəliri (EBIT) 20 milyard ABŞ dolları təşkil edəcəyi, yük tarifləri aşağı düşməkdə davam edəcəyi üçün daşıyıcıların 2024-cü ildə 15 milyard dollar itirəcəyi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır