Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Titanik”in şam yeməyi menyusu hərraca çıxarılacaq - FOTO

1912-ci il aprelin 11-dən qorunub saxlanılan unikal gəmi menyusu aysberqlə toqquşmadan cəmi üç gün əvvəl sərnişinlərin şam yeməyində nə yediklərini göstərir. Axşam yeməklərinin siyahısına molyusk, qızılbalıq, skvab (göyərçin əti) və desertə “Viktoriya” pudinqi daxildir.

Menyu xilasedici qayıqlardan birində tapılıb, ona görə də mütəxəssisləri hələ də evakuasiya zamanı onu kimin və nə üçün özü ilə apardığı maraqlandırır.

Yeməklərin siyahısı “Henry Aldridge & Son” hərrac evi tərəfindən damalı göyərtə yorğanı da daxil olmaqla digər nadir lotlarla birlikdə satılır. Menyu təxminən 85 min ABŞ dolları (144,5 min manat – red.) dəyərində qiymətləndilir.

“Titanik”də şam yeməyi menyusu hərraca çıxarılacaq.

2018-ci ildə “Titanik” gəmisində ilk yeməyin menyusu 140 min ABŞ dollarına (238 min manat – red.) satılıb. Nahar yeməyinə əsas yemək kimi mal ətindən bulyon və ya toyuq şorbası, qızardılmış toyuq, quzu əti və ya ispanaqlı vetçina, qarnir üçün noxud, gül kələmi və ya qaynadılmış kartof, pudinq, kral armudu, pirojnalar və qəhvə daxil olub.

Suda batmış “Titanik”də son nahar zamanı verilən yeməklərin siyahısı 2015-ci ildə 88 min ABŞ dollarına (149,6 min manat – red.) satılıb. Birinci sinif sərnişinlərə bişmiş kremli qızardılmış quzu əti, qaxac ət, püre, qızardılmış və bişmiş kartof, balıq, vetçina və mal əti qəlyanaltıları, alma bezesi və səkkiz növ pendir təklif edilirdi.

Oxu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır