Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Titanik” gəmisinin axşam yeməyi menyusu 84 min funta satılıb

“Titanik” gəmisinin birinci dərəcəli sərnişinlər üçün axşam yeməyi menyusu hərracda 84 min funta (175 min AZN) satılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, 1912-ci il aprelin 11-də axşam yeməyində istiridyə, mal əti, quzu əti və mallard ördəyi verilib.

Hərraca çıxarılan əşyalar arasında ikinci dərəcəli "Titanik" sərnişini Sinai Kantora məxsus İsveçrə istehsalı cib saatı da olub. Saat 97.000 funta (202 min AZN) satılıb.

Sərnişinlərin xilas edilməsi zamanı istifadə oluna bilən birinci dərəcəli tartan naxışlı göyərtə yorğanı isə 96.000 funta (200 min AZN) satılıb.

Qeyd edək ki, 14 aprel 1912-ci ildə "Titanik" gəmisinin Atlantik okeanında aysberqə çırpılması və qayığın batması nəticəsində 1500-dən çox insan həlak olub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır