Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Tehran Konvensiyasının katibliyinə Xəzər suitisi gününün elan edilməsi ilə bağlı təklif göndərilib

“Zapovednoe posolstvo” (Qoruq səfirliyi) Rusiya Fondu Tehran Konvensiyasının katibliyinə yeni ekoloji bayram – Xəzər suitisi gününün elan edilməsi ilə bağlı təklif göndərib.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, təşəbbüskarların fikrincə, bu, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı siyahısında “nəsli kəsilməkdə olan” statusu alan növə diqqət çəkməyə kömək edəcək.

Alimlər hesab edirlər ki, Xəzərdə suitinin sayının əhəmiyyətli dərəcədə azalmasının əsas səbəbi brakonyerliklə yanaşı, torlarda dolaşma, suyun çirklənməsi və iqlim dəyişikliyidir. Bu da yaşayış mühitini dəyişdirir və qida bazasına təsir göstərir. Üstəlik son zamanlar suitinin sahilə atılması halları artıb, bunun əsaslı elmi izahatı hələ ki, yoxdur. Xəzərdə məməlilərə mənfi təsir edən səbəblərdən biri də lokal amillərdir. Dəniz səviyyəsinin sürətli enməsi ənənəvi sahil yataqlarının itirilməsinə gətirib çıxarır.

Fond hesab edir ki, Xəzər suiti bayramının təsis edilməsi sadəcə formal bir hadisə deyil. Bu cür tematik günlər: Amur pələngindən və qar bəbirindən Xəzər suitisinin qohumu Baykal suitisinə qədər bir çox Qırmızı kitab heyvanlarında vardır. Belə günlərin keçirilməsi problemə diqqət çəkməyə kömək edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır