Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Yaşıl metanolla işləyən dünyanın ən böyük gəmisi göyərtəsinə 16 592 konteyner götürür

Danimarkanın gəmiçilik və logistika korporasiyası “AP Moller-Maersk” yaşıl metanolla işləyən dünyanın ən böyük 350 metrlik konteyner gəmisi “Ane Maersk”-i təqdim edib.

“Seanews.az” xəbər verir ki, Cənubi Koreyanın “HD Hyundai Heavy Industries” şirkətinin Ulsan şəhərindəki zavodunda inşa edilən gəmi göyərtəsinə 16 592 konteyner götürə bilir.

Gəmi ilk səfərinə fevral ayında çıxacaq və Asiya, Yaxın Şərq və Avropa ölkələri arasında üzəcək. Şirkətin donanmanın idarə edilməsi və texnologiyası üzrə rəhbəri Leonardo Sonzionun sözlərinə görə, “Moller-Maersk” gəmiçilik şirkəti onilliyin sonuna qədər ümumi daşıma həcminin dörddə birini təmiz yanacaqdan istifadə etməklə həyata keçirməyi planlaşdırır.

Bu məqsədlə bütün dəniz yük daşımalarının beşdə biri payına düşən korporasiya öz donanmasını ardıcıl olaraq yeniləmək niyyətindədir. 2027-ci ilə qədər danimarkalılar donanmanı yaşıl metanolla işləyən 25 gəmi ilə möhkəmləndirməyə çalışacaqlar.

Cənubi Koreya gəmiqayırma şirkətinin məlumatına görə, artıq bu il üçün inşası sifariş edilən gəmilərin 70%-i ekoloji cəhətdən təmiz yanacaqla işləyəcək gəmilərdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır