Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“ONE” meqa konteyner gəmisini yükləmək üzrə yeni rekorda imza atıb

“ONE” meqa konteyner gəmisini yükləmək üzrə yeni rekorda imza atıb.

“Seanews.az” xəbər verir ki, yanvarın 14-də Sinqapurda yeni 24 000 tonluq “ONE Intelligence” gəmisinə ümumi tutumu 22 202 TEU olan konteynerlər yüklənib.

Cəmi ay yarım əvvəl bu rekord “ONE” -nin digər bir 24.000 tonluq konteynerdaşıyanına - “ONE Innovation”a məxsus idi. Onda bu gəmiyə düz 22 min TEU yüklənmişdi.

“ONE Intelligence” Asiya-Avropa ticarəti üzrə FE3 xidmətində istifadə olunur. Konteyner gəmisi Süveyş kanalından yan keçərək Ümid burnu ilə Avropaya gedir.

Bu, 2023-cü ildə istismara verilən 24.000 tonluq “ONE” seriyasının sonuncu - altıncısıdır. Hər bir gəminin uzunluğu 399,9 metr, eni 61,4 metr, tutumu 24 136 TEU, heyəti 34 nəfərdir. Gəmilər Liberiya bayrağı altında üzür.

Hazırda “ONE” donanma tutumuna görə konteyner xətlərinin reytinqində altıncı yerdədir. Onun daşıma qabiliyyəti 1,8 milyon TEU təşkil edir. “ONE”-nin hazırda 232 konteyner gəmisi var və ümumi tutumu 550 min TEU olan daha 44 gəmi sifariş verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır