Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Rusiya dəniz nəqliyyatında nüvə enerjisindən istifadə üzrə liderdir

Gəmiçilik şirkəti “Hapag Lloyd” 2030-cu illərin ikinci yarısından kommersiya gəmiçiliyinə nüvə enerjisinin tətbiqini gözləyir.

“Seanews.az” xəbər verir ki, bu fikri şirkətin baş direktoru Rolf Habben Censen brifinq zamanı bildirib. Onun sözlərinə görə, həmin vaxta qədər nüvə enerjisindən kommersiya gəmiçiliyində geniş istifadə etməyə imkan verəcək texnologiyalar peyda ola bilər.

Brifinqdə iştirak edən “ONE Alliance”-ın baş direktoru Ceremi Nikson da qeyd edib ki, nüvə enerjisindən istifadə Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2050-ci ilə qədər gəmiçiliyin tam karbonsizləşdirilməsi məqsədlərinə nail olmağa imkan verəcək.

Hazırda Rusiya dəniz nəqliyyatında nüvə enerjisindən istifadə üzrə dünya lideridir. Rusiya Federasiyası nüvə buzqıran gəmiləri ilə yanaşı, nüvə yanacağı konteyner gəmisi "Sevmorput"u idarə edir. Lakin 2024-cü ildə onun adi yanacaqdan istifadə edən gəmi ilə əvəzlənməsi planlaşdırılır. Bundan əlavə, “Rosatom” dövlət korporasiyası Şimal Dəniz Marşrutunda iistismar üçün nüvə yanacağı ilə işləyən bir sıra konteyner gəmilərinin inşası imkanlarını nəzərdən keçirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır