Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“CMA CGM” alternativ enerji ilə işləyən gəmilərin tikintisinə 15 milyard dollardan çox sərmayə qoyub

Nəqliyyat və logistika qrupu “CMA CGM” mayeləşdirilmiş təbii qaz (LNG) ilə təchiz ediləcək 10 yeni konteyner gəmisi seriyasından birinci olan “CMA CGM Mermaid”-i təhvil alıb. Hər biri 2 min TEU tutumlu bu gəmilər mərhələli şəkildə Aralıq dənizi və Şimali Avropada fider xətlərdə   yerləşdiriləcək.

“Seanews.az” xəbər verir ki, bu barədə “CMA CGM”-nin mətbuat xidmətindən bildirilib.

Konteyner gəmisi layihəsi “Saint-Nazaire” (Fransa) gəmiqayırma şirkətinin “Chantiers de l'Atlantique” (“CdA”) mühəndis-konstruktor bürosu ilə birgə hazırlanıb. Gəmi Cənubi Koreyanın “Hyundai Mipo Dockyard” (“HMD”) tərsanəsində inşa edilib.

Uzunluğu 204,29 metr və eni 29,6 metr olan gəmilər hər səfərdə 15% az yanacaq sərf edəcək.

Müqavilənin şərtlərinə əsasən, qalan gəmilər 2025-ci ilin yanvarına qədər sifarişçiyə təhvil veriləcək.

“CMA CGM”-in donanmasına hazırda təxminən 620 gəmi daxildir, onlardan 30-u alternativ yanacaqla işləyir. Qrup artıq alternativ enerji mənbələri ilə işləyən gəmilərin tikintisinə 15 milyard dollardan çox sərmayə qoyub. 2028-ci ilə qədər təxminən 120 “CMA CGM” gəmisi aşağı karbonlu yanacaqla işləyəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır