

Gələn il "Titanik II" gəmisinin inşasına başlanılacaq
“Titanik II” gəmisinin inşasına 2025-ci ilin birinci rübündə başlanılacaq.
“Seanews.az” xəbər verir ki, bu barədə avstraliyalı iş adamı Klayv Palmer açıqlama verib.
Mədən maqnatı mətbuat konfransında bildirib ki, gəmi ilk səyahətinə 2027-ci ildə çıxacaq.
Palmerin sözlərinə görə, onun layihəsi orijinaldan daha yaxşı olacaq.
Qeyd edək ki, Palmer ilk dəfə 2012-ci ildə “Titanik II” gəmisinin inşasına dair planlarını açıqlayıb, 2018-ci ildə işə başlayıb, lakin “COVID 19” pandemiyası səbəbindən təşəbbüsünü təxirə salıb.
Onu da əlavə edək ki, “Titanik” gəmisi 1912-ci il aprelin 14-də axşam saatlarında aysberqlə toqquşub və ertəsi gün 2200-dən çox insanla batıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır