Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Avropada elektrik və hidrogenlə işləyən avtomobillər üçün yanacaqdoldurma məntəqələri şəbəkəsinə 1 milyard avro ayrılıb

Avropa Komissiyası Avropa İttifaqının nəqliyyat layihələri büdcəsi (CEF) - Alternativ Yanacaq İnfrastruktur Fondu (AFIF) çərçivəsində təkliflər sorğusu elan edib. Nəqliyyat Dəhlizi Şəbəkəsində (TEN-T) avtomobil, dəniz, daxili su və hava nəqliyyatı üçün alternativ yanacaq təchizatı infrastrukturunun inkişafına büdcədən 1 milyard avro ayrılacaq.

“Seanews.az” xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında bildirilir.

Vəsaitlər ilk növbədə alternativ yanacaq növlərinin tədarükü üçün infrastruktur tikintisi layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.

2024-2025-ci illərdə (ikinci mərhələdə) AFIF əsas nəqliyyat dəhlizləri boyunca və Aİ-nin yükdaşıma mərkəzlərində əlçatan elektrik avtomobilləri doldurma məntəqələrinin və hidrogen yanacaqdoldurma məntəqələrinin inkişafını maliyyələşdirəcək.

2014-cü ildən bəri CEF büdcəsi vasitəsilə ümumi dəyəri 36,3 milyard avro olan 1,4 mindən çox layihə maliyyələşdirilib. Alternativ yanacaq infrastrukturunun inkişafının birinci mərhələsi çərçivəsində dəyəri 1,3 milyard avrodan çox olan 131 layihəyə qrantlar verilib. Avropa İttifaqına üzv dövlətlərdə 2021-2027-ci illər üçün Avropa Nəqliyyat Dəhlizi Şəbəkəsinin birgə maliyyələşdirilməsinə qrant kimi ümumilikdə 25,6 milyard avro ayrılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır