Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-22,
Seanews
Heyder Eliyev

“Suraxanı” gəmi muzeyində uşaq evinin sakinlərinin iştirakı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi muzeyində valideyn himayəsindən məhrum olunmuş “Nur" Uşaq Evinin sakinlərinin iştirakı ilə Novruz bayramı münasibətilə əyləncəli-maarifləndirici tədbir keçirilib.

Tədbir çərçivəsində fiqurlar üzərində səməni, yumurta və digər bayram atributlarının hazırlanması ilə bağlı uşaqlar üçün ustad dərsi, eləcə də bir-birindən maraqlı müxtəlif əyləncəli oyunlar və proqramlar təşkil edilib.

Bütün bunlarla bərabər, uşaqlar üçün bayramla əlaqədar muzeyin zəngin ekspozisiyası üzrə ekskursiya da təşkil edilib. Onlar ekspozisiya zallarını gəzərək milli gəmiçiliyin tarixi və bu günü ilə yaxından tanış olublar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır