Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“A.P. Moller – Maersk” səhmdarlarına 1,2 milyard dollar dividend ödəyəcək

“A.P. Moller – Maersk” səhmdarlarının illik umumi yığıncağı 2023-cü il üçün 1 milyard 169 milyon dollar məbləğində dividend ödəməyə qərar verib.

“Seanews.az” xəbər verir ki, il ərzində qrupun mənfəəti 3,9 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlkindən 7,5 dəfə azdır.

Səhmdarlar həmçinin auditdən keçmiş illik hesabatı təsdiqləmiş, İdarə Heyətinin yeni tərkibini seçmiş və auditorlar təyin etmişlər.

Bundan əlavə, səhmdarlar xəzinədarlıq səhmlərini ləğv etməklə qrupun nizamnamə kapitalının 17,569,715,000 Danimarka kronundan 15,828,942,000 Danimarka kronunadək endirilməsini təsdiqləyiblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır