Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“CMA CGM” media maqnatı olmağı hədəfləyir

Fransanın konteyner xətti “CMA CGM” ölkənin üçüncü ən böyük media qrupu olan “Altice Media”-nın səhmlərinin 100%-ni almaq üçün opsion sazişi imzalayıb.

Bu barədə “Seanews.az” şirkətə istinadən xəbər verir.

Müqavilənin şərtlərinə əsasən, səhmlərin 80%-ni “CMA CGM”, 20%-ni isə onun ailə holdinqi “Merit France” alacaq. Əməliyyatın dəyəri 1,55 milyard avro olaraq qiymətləndirilir. O, tənzimləyicilərin təsdiqinə verilib. Təsdiqləmə prosesi artıq başlayıb.

"Gələcək layihə televiziya kanallarının və radio stansiyalarının uğurunu təmin edən “Altice Media”-nın hazırkı redaksiya siyasətinə tam uyğun olaraq həyata keçiriləcək. Belə davamlığı təmin etmək üçün biz “Altice Media”-nın hazırkı rəhbərliyini öz vəzifələrində işləməyə davam etməyə dəvət etdik", - deyə “CMA CGM” bildirib.

Xatırladaq ki, ötən yaydan etibarən “CMA CGM”-in baş direktoru Rodolf Saade artıq üç fransız qəzetinə - “La Provence”, “La Tribune” və “Corse Matin”-ə nəzarət edirdi, həmçinin “M6” telekanalında və “Brut” onlayn media platformasında səhmlərə sahib idi və onu işə salmağı planlaşdırırdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır