Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

Filadelfiya Osteopatik Təbabət Kollecindən olan amerikalı alimlər araşdırıblar ki, nəsli kəsilmiş Sakit okean qızılbalığı növünün (“Oncorhynchus rastrosus”) çöldonuzunun dişlərini xatırladan böyük köpək dişləri olub.

AZƏRTAC xəbər verir ki, tədqiqat “PLOS One” elmi jurnalında dərc edilib.

“Oncorhynchus rastrosus” qızılbalıq fəsiləsinin Yer kürəsində mövcud olan ən iri növü hesab edilir. Fərdin uzunluğu 2,7 metrə çatırdı ki, bu da hazırda Sakit okean sularında məskunlaşan, ölçüsü 90 santimetrə çatan çavıçadan 3 dəfə böyükdür.

“Oncorhynchus rastrosus”un köpək dişləri üzün sonunda yerləşib və müxtəlif tərəflərə üfüqi şəkildə istiqamətlənirdi.

Müasir çavıça kimi “Oncorhynchus rastrosus” da şirinsulu böyük və kiçik çaylarda doğulur, lakin həyatının böyük hissəsini dənizdə keçirir və yalnız kürü tökməyə oraya qayıdırdı.

“Oncorhynchus rastrosus”un təxminən 4,75 milyon il bundan əvvəl nəsli kəsilib. Alimlər ehtimal edirlər ki, böyük balıqlar köpək dişlərindən özlərini yırtıcılardan müdafiədə, rəqibləri ilə mübarizədə və bərk torpaqda yuva qazmaq üçün istifadə ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır