İyunun sonuna dünyada konteyner donanmasının ümumi tutumu 30 milyon TEU-ya çatacaq
Hazırda dünya konteyner donanmasının ümumi tutumu 29,37 milyon TEU təşkil edir. İyunun sonuna qədər 30 milyon TEU-ya çatacağı gözlənilir.
"Seanews.az" xəbər verir ki, bu barədə “Alphaliner” şirkətinin məlumatında qeyd olunur.
Məlumatda bildirilir ki, təkcə bu ilin aprelində dünyada 12-ci ən böyük konteyner xətti olan “Pacific International Lines” (“PIL”) şirkətinin bütün donanmasının tutumundan daha çox konteyner gəmiləri istismara verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır