Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Titanik II”-nin Sauthemptondan Nyu-Yorka ilk səfəri 2027-ci ilin iyununa nəzərdə tutulur

Milyarder, mədən maqnatı Klayv Palmer batmış okean layneri “Titanik”in irimiqyaslı surətinin (“Titanik II”) yaradılması layihəsini təqdim edərkən “orijinaldan çox üstün olan" gəmi inşa edəcəyinə söz verib.

“Seanews.az” “The Guardian”-a istinadən xəbər verir ki, bu layihə ilk dəfə 2014-cü ildə təqdim olunub. “Titanik II” üzərində işlər 2015-ci ildə Çinin “Citic” şirkəti ilə maliyyə mübahisəsindən sonra dayandırılıb.  Klayv Palmer 2018-ci ildə yenidən layihəyə qayıdıb və bu dəfə layihənin reallaşmasına COVID-19 “mane olub”.

Bu yaxınlarda Sidney Opera Teatrında“Titanik II”-in cizgilərini təqdim edərkən isə Palmer əminliklə deyib ki, tikinti üçün tenderlər 2024-cü ilin iyununda, müqavilələr isə dekabrda imzalanacaq. Gəminin tikintisinə 2025-ci ilin əvvəlində start veriləcək. “Titanik II”-nin Sauthemptondan Nyu-Yorka ilk səfər isə 2027-ci ilin iyununa nəzərdə tutulur.

Milyarderin sözlərinə görə, 56 min ton yükgötürmə qabiliyyətinə malik “Titanik II”-nin qiyməti 500 milyondan 1 milyard dollara qədər ola biləcək.

Xatırladaq ki, əsl “Titanik” Atlantik okeanı üzərindən ilk səfərində aysberqə toqquşub və 1912-ci il aprelin 15-də batarkən 1500-ə yaxın sərnişin və heyət üzvü həlak olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır