Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“Zəngilan” gəmisinin növbətçi mexaniki stenka döyüş növü üzrə ölkə çepionatında I yeri tutub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının “Zəngilan” gəmisinin növbətçi mexaniki Emin Əzizov Azərbaycan Respublikası Stenka Döyüş Sənəti Federasiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş Azərbaycan kuboku birinciliyi və Açıq Çempionatında iştirak edib.

18 yaşdan yuxarı kateqoriya üzrə 100 kq çəki dərəcəsində mübarizə aparan həmkarımız 1-ci yeri tutub.

Diplom və medalla təltif olunan Emin Əzizova ASCO adından hədiyyə də təqdim edilib.

Qeyd edək ki, bundan öncə o, fevralda sambo üzrə ölkə çempionatının üçüncüsü olmuşdu.

Həmkarımızı təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır