Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Yeni Zelandiya sahillərində suyun temperaturu rekord həddə çatıb

Yeni Zelandiya sahillərində dəniz suyunun temperaturu qlobal göstəriciləri üç dəfə üstələyərək, rekord göstəricilərə çatıb. Bu da dəniz flora və faunasının sağlamlığı ilə bağlı alimlərin ciddi narahatlığına səbəb olub.

AZƏRTAC xəbər verir ki, “Stats NZ”-dən yeni məlumatlar göstərir ki, 1982-ci ildən okean səthinin temperaturu hər onillikdə orta hesabla 0,16-0,26 dərəcə Selsi, sahilyanı sularda isə hər onillikdə 0,19-0,34 dərəcə Selsi artıb. 2022 və 2023-cü illərdə bütün okean və sahilyanı regionlarda bütün müşahidələr tarixində ən yüksək temperaturlar qeydə alınıb.

Son 20 ildə məlumatların müqayisəsi göstərir ki, Yeni Zelandiya ətrafında okean səthinin isinmə sürəti onillik üzrə orta qlobal göstərici olan 0,18 dərəcə Selsini iki dəfə üstələyib. Regionlardan birində, Çatem dağ silsiləsində bu göstərici üç dəfə yüksək olub.

Milli Su və Atmosfer Tədqiqatları İnstitutunun elmi işçisi Mett Pinkertonun sözlərinə görə, Yeni Zelandiyada coğrafi vəziyyətinə və istini keçirən qlobal okean axınlarının hərəkətinə görə daha yüksək temperatur ola bilər.

Yeni Zelandiyadakı yüksək temperaturlar ada dövlətinin ekstremal temperaturlardan qorunması ilə bağlı təsəvvürü inkar edir. Okeanla əhatə əvvəllər istiləşmədən qoruyucu amil hesab olunurdu, lakin yeni məlumatlar bunun əksini göstərir.

Ekspertlər hesab edirlər ki, temperaturun hətta cüzi yüksəlməsi dəniz ekosistemləri poza, bəzi növlərin miqrasiyasına səbəb ola və xəstəlik riskini artıra bilər.

Yeni Zelandiyanın sakinləri həmçinin dənizlərin isinməsinin təsirini hiss edəcəklər, çünki adada hava şəraitini okean formalaşdırır. “GNS Science”dən olan klimatoloqlar bildiriblər ki, dünya okeanları antropogen iqlim dəyişmələri ilə yaradılan əlavə istinin təxminən 90 faizini udur. Okean temperaturun yüksəlməsi Qabriel siklonu kimi fırtınaların qlobal istiləşmə şəraitində daha intensiv olmasının səbəblərindən biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır