Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

ABŞ hakimiyyəti Baltimorda körpünün dağıdılmasına görə “Dali” gəmisinin operatorundan 100 milyon dollar almaq istəyir

ABŞ hökuməti 2024-cü ilin martında Baltimorda körpünün dayağına çırpılan Sinqapurun “Grace Ocean” şirkətinə məxsus və “Synergy Marine” tərəfindən idarə olunan “Dali” konteyner gəmisinin sahibi və operatoruna qarşı mülki iddia qaldırıb.

“Seanews.az” xəbər verir ki, iddianın həcmi 100 milyon dollardır. Deyilənə görə, qəzanın nəticələrinin aradan qaldırılmasına, kanalın təmizlənməsinə və Baltimor limanının işinin bərpasına bu qədər vəsait xərclənib.

İddia Merilend ştatının rayon məhkəməsinə verilib.

Xatırladaq ki, 9962 ton tutumlu konteyner gəmisi “Dali” 2024-cü ilin mart ayının sonunda Frensis Skott-Ki körpüsünə dəymiş və uzunluğu 2,5 km-dən çox olan strukturun qismən dağılmasına səbəb olmuşdu. Altı nəfər həlak olmuş, Baltimor limanından bütün su ilə yüklərin daşınması dayandırılmışdı. Gəminin idarəolunmazlığının səbəbi kimi gəminin avadanlıqlarının enerji təchizatında fasilələr göstərilmişdi.

ABŞ-ın Nəqliyyatda Milli Təhlükəsizliyi Şurası hələ də qəzanı araşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır