Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-28,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları arasında şahmat turniri təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında şahmat turniri təşkil olunub.

ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi turnirdə dənizçilər böyük həvəslə iştirak ediblər.

Yarışın nəticəsinə görə "Bibiheybət" Gəmi Təmiri Zavodunun əməkdaşı İlham Süleymanov birincilik əldə edib. Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Rafael Əzizov II yeri, "Bibiheybət" Gəmi Təmiri Zavodunun əməkdaşı Namiq İsmayılov III yeri tutub. 

Qaliblər mükafatlandırılıb və diplomla təltif ediliblər.

Qeyd edək ki, ASCO-da mütəmadi keçirilən bu cür yarışların əsas məqsədi əməkdaşlar arasında sağlam həyat tərzinin təbliği və onların asudə vaxtlarının səmərəli təşkilidir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır