Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

“İRS” beynəlxalq jurnalında dərc olunmuş məqalədə gəmi-muzeydə keçirilən sərgi barədə məlumat verilib

“İRS” beynəlxalq jurnalının növbəti sayında Azərbaycanın Əməkdar rəssamı və ilk monumentalçı heykəltəraş qadını Münəvvər Rzayevaya həsr olunmuş məqalədə sənətkarın anadan olmasının 95 illiyi ilə əlaqədar ASCO-nun “Suraxanı” gəmi-muzeyində keçirilən tədbir və sərgi barədə də məlumat verilib.

Məqalədə psixoloji portret ustası kimi tanınan Münəvvər Rzayevanın heykəllərini əsasən qranit, mərmər, bürünc və ağac materiallarından hazırladığı qeyd olunub. Bildirilib ki, o, 100-ə yaxın monumental əsərin müəllifidir. Bu əsərlərin sırasında yer alan Mikayıl Müşfiq, Hüseyn Cavid, Nəriman Nərimanov, Məhsəti Gəncəvi, M.Ə.Sabir, Mehdixan Vəkilov, Nigar Rəfibəyli, Sevil Qazıyeva, Ayna Sultanova, Nazim Hikmət, Sergey Yesenin və digərlərinin abidə-büstləri heykəltəraşın yaratdığı sənət incilərindəndir. Münəvvər Rzayevanın son əsəri isə Ulu Öndər Heydər Əliyevin tuncdan olan barelyefidir. Heydər Əliyevin 75 illik yubileyi münasibətilə yaradılmış bu barelyef Qusarda yerləşən dağın 3763 metr hündürlüyündə olan ən uca dağ zirvəsinə bərkidilib.

Müəllif Münəvvər Rzayevanın zəngin təxəyyülü və yüksək peşəkarlığı, onu digər heykəltəraşlardan fərqləndirən xüsusiyyətləri qələmə alaraq əlavə edib ki, gəmi-muzeydə onun xatirəsinə həsr olunan tədbir və sərgi sənətkarın yaradıcılığına marağı artırmaq baxımından olduqca əhəmiyyətlidir.

Onu da əlavə edək ki, dünyanın ilk tanker-muzeyində Münəvvər Rzayevaya həsr olunmuş sərgi bu ilin sonunadək ziyarətçilər üçün açıq olacaq. Onun yaradıcılığı ilə yaxından tanış olmaq istəyən hər kəs muzeyi ziyarət edə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır