“CMA CGM” gəmiçilik xətti “Maersk”-i keçə bilər
Koreyanın “D Hyundai Heavy Industries” tərsanəsində Fransanın “CMA CGM” gəmiçilik şirkəti üçün 18 000 TEU tutumlu 12 LNG yanacaqlı konteyner gəmisi inşa edəcək.
“Seanews.az” “Splash”-a istinadən xəbər verir ki, bu, hələlik 2025-ci ildə ən böyük sifarişdir. Sövdələşmənin dəyəri 2,58 milyard dollardır.
Gəmilərin təhvil verilməsi 2028-ci ilə planlaşdırılır.
“CMA CGM” hazırda 3,84 milyon TEU konteyner donanması tutumu və 1 yanvar 2025-ci il tarixinə 1,15 milyon TEU sifariş kitabçası ilə üçüncü ən böyük konteyner daşıyıcısıdır. “Maersk”-in sifariş kitabı isə 758 min TEU-dan ibarətdir.
Qeyd edək ki, “CMA CGM”-nin sifariş etdiyi bütün gəmilər 2027 və 2028-ci illərdə təhvil verilərsə, fransız daşıyıcısı ən böyük konteyner xətləri reytinqində “Maersk”-i keçə bilər.