Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-31,
    4:18:11

2024-cü ildə alternativ yanacaqla işləyən 515 gəmi sifariş edilib

2024-cü ildə alternativ yanacaqla işləyən 515 (dəniz qazı daşıyıcıları istisna olmaqla) gəmi sifariş edilmişdi ki, bu da əvvəlki illə müqayisədə 38% çox idi.

Onların təxminən yarısı – 264-ü mayeləşdirilmiş təbii qaz (LNG) gəmiləri olub ki, bu da 2023-cü ildəkindən (130 gəmi) iki dəfə çoxdur.

“Seanews.az” “DNV AFI” (“Alternative Fuels Insights”) platformasının məlumatlarına istinadən bildirir ki, ümumilikdə, ötən il alternativ yanacaqla işləyən gəmilər üçün sifarişlərin sayı baxımından gəmiçilik sənayesi üçün uğurlu il olub.

Bundan əlavə, ötən il metanolla işləyən 166 gəmi (ümumi sifarişin 32%-i) sifariş verilib. Onların əksəriyyəti (85 gəmi) konteyner gəmiləri olub. 2024-cü ildə ammonyakla işləyən 27 gəminin tikintisi sifariş verilmişdi.

İki yanacaqla işləyən gəmilər üçün sifarişlərin artımı əsasən son üç ildə yeni konteyner gəmisi və avtomobil daşıyıcılarının tikintisinə olan tələbatla bağlıdır. 2024-cü ildə sifariş edilən konteyner gəmilərinin 69%-i alternativ yanacaqla işləyə bilər. Bu seqment üçün LNG (bütün sifarişlərin 67%-i) həm də ən çox seçilən dəniz yanacağı olub.

2021-2024-cü illərdə LNG ilə işləyən gəmilərin sayı iki dəfə artıb və təkcə keçən il sifarişçilərə belə 169 gəmi təhvil verilib. Ümumilikdə, 2024-cü ilin sonuna qədər bu yanacaq növü ilə işləyə bilən 641 gəmi istismarda olub. Sifariş kitabına görə, onilliyin sonuna qədər LNG ilə işləyən gəmilərin sayı iki dəfə artacaq.

LNG bunker gəmilərinin sayı isə keçən il 52-dən 64-dək artsa da, növbəti beş il ərzində LNG bunkerinə tələb və təklif arasında əhəmiyyətli fərqin olacağı proqnozlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır