Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-29,
Seanews
Heyder Eliyev

“Four Seasons Hotels”in 400 milyon avro dəyərindəki yaxtası suya buraxılıb

Ankonadakı gəmiqayırma zavodu (İtaliya, “Fincantieri” qrupuna daxildir) “Four Seasons Yachts” kruiz operatoru üçün tikilmiş lüks kruiz gəmiləri seriyasından birincisi olan “Four Seasons I” yaxtasını suya salıb.

“Seanews.az” xəbər verir ki, bütün işlər başa çatdırıldıqdan və dəniz sınaqlarından sonra gəmi 2025-ci ilin sonunda sifarişçiyə təhvil veriləcək. İlk səfər 2026-cı ilin yanvarına planlaşdırılır.

Bir yaxtanın tikintisinin dəyəri 400 milyon avro, üç gəmidən ibarət seriyanın dəyəri 1,2 milyard avrodur.

10 göyərtəli “Four Seasons I” yaxtasının uzunluğu 207 metr, eni 27 metr, sürəti 24 düyündür.  160 heyət üzvü olan gəmi göyərtəsinə 180 sərnişin götürəcək.

Gəmi “Four Seasons Hotels” şirkətinə məxsusdur.

Qeyd edək ki, “Fincantieri” dünyanın ən böyük gəmiqayırma qruplarından biridir. 18 gəmiqayırma zavodunu birləşdirən qrup kruiz gəmilərinin və bərələrin, dəniz gəmilərinin və meqayaxtaların tikintisi üzrə ixtisaslaşıb. Tərsanələrində indiyədək 7 mindən çox gəmi inşa edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır