Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-30,
Seanews
Heyder Eliyev

“Environmental Research Letters”: Okeanın istiləşməsi sürətlə davam edir

Son dörd onillikdə okeanın istiləşmə sürəti dörd dəfədən çox artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Environmental Research Letters” jurnalında dərc olunmuş araşdırmada bildirilir.

1980-ci illərin sonunda okean səthinin temperaturu onillikdə təxminən 0,06°C artırdısa, hazırkı onillikdə bu rəqəm 0,27-dir. Araşdırmalara görə, okean istiləşməsinin sürətlənməsinin səbəbi Yer kürəsinin Günəşdən gələn enerjini kosmosa qayıdan enerjidən daha çox udması ilə izah olunur. Bu natarazlıq 2010-cu ildən bəri təxminən iki dəfə artıb.

Okeanın qlobal temperaturu 2023-cü ildə və 2024-cü ilin əvvəlində ardıcıl 450 gün ərzində rekord səviyyəyə çatıb. Bu istiliyin bir hissəsi “El-Nino” – Sakit okeanında təbii istiləşmə, digər hissəsi isə (44 faiz) okeanların istiliyi sürətlə udması ilə əlaqədardır.

Alimlər hesab edirlər ki, okeanlar qlobal istiləşmənin tempini müəyyən etdiyindən onların temperaturunun artması ümumilikdə iqlimə təsir edir. Okean istiləşməsinin sürətlənməsi gələcəkdə temperaturun daha da artmasının qarşısını almaq üçün fosil yanacaqlardan istifadə edilməsinin məhdudlaşdırılmasını vacib edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır