“ONE” ilk yeni tikilisinə adqoyma mərasimi keçirib
“Ocean Network Express” (“ONE”) ilk yeni tikilisinə adqoyma mərasimi keçirib.
"Seanews.az”-ın məlumatına görə, gəmi “ONE Sparkle” adı ilə səfərlər edəcək.
Cənubi Koreyanın Ulsan şəhərindəki “Hyundai Heavy Industries” gəmiqayırma zavodunda inşa edilən konteynerdaşıyan göyərtəsinə 13,8 min TEU götürəcək.
Metanol və ammonyakla işləyə bilən gəmi limanda dayanarkən sahildəki enerji mənbələrinə qoşula bilər.
Gəmidə optimal enerji səmərəliyini təmin edən texnologiyalar tətbiq edilib.
Qeyd edək ki, Cənubi Koreya və Yaponiyanın gəmiqayırma zavodlarında 20 belə konteyner gəmisi inşa edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır