Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-20,
Seanews
Heyder Eliyev

Yaponiya İndoneziyaya patrul gəmisi hədiyyə edəcək

İndoneziya Nümayəndələr Palatası Tokionun Rəsmi Təhlükəsizlik Yardımı təşəbbüsü çərçivəsində İndoneziya Hərbi Dəniz Qüvvələrinə (TNI AL) 2 yeni 18 metrlik patrul gəmisi hədiyyə etmək təklifini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə “Naval News” məlumat yayıb.

Alüminium gövdəli gəmilərin uzunluğu 18 metr, eni 5 metr və maksimal sürəti 40 düyün olacaq.

Gəmilər 16 nəfəri (2 heyət üzvü və 14 sərnişin) daşıya biləcək və dayaz sularda, xüsusən də sahilyanı ərazilərdə və çaylarda əməliyyatlar üçün nəzərdə tutulub.

Təhvil verildikdən sonra gəmilər ölkənin Şərqi Kalimantandakı yeni paytaxtı Nusantara ətrafındakı sularda patrul xidməti həyata keçirmək üçün istifadə ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır