Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-20,
Seanews
Heyder Eliyev

Nəhəng gəmiçilik şirkətlərindən IMO-ya müraciət: "Kənd təsərrüfatı əsaslı bioyanacaqlar iqlimə ənənəvi yanacaqdan daha çox zərər vurur"

“Hapag-Lloyd AG” və “Louis Dreyfus Armateurs” daxil olmaqla, bəzi böyük gəmiçilik şirkətləri Beynəlxalq Dəniz Təşkilatını (IMO) sənayeni karbonsuzlaşdırmağa sövq etdiyi üçün kənd təsərrüfatı əsaslı bioyanacaqları dəstəkləməməyə çağırır.

T&E kimi tanınan qeyri-hökumət təşkilatı olan Avropa Nəqliyyat və Ətraf Mühit Federasiyasının gəmiçilik şirkətləri ilə yaydığı birgə bəyanatda deyilir: “Hüquqi məcburi qorunma tədbirləri tətbiq olunmazsa, böyük miqdarda fosil yanacaq dayanıqlı olmayan bioyanacaqla əvəz oluna bilər”.  T&E-ya görə, meşələrin qırılması və torpaq istifadəsi nəzərə alındıqda, palma və soya ənənəvi yanacaqlardan iki-dörd dəfə daha çox iqlimə zərər verir.

Gəmiçilik şirkətlərinin tələbinin  IMO-nun bu həftə Londonda keçiriləcək tədbirində müzakirə olunması gözlənilir.

Qeyd edək ki, əksər palma yağı Cənub-Şərqi Asiyada geniş ərazilərdə yetişdirilir, İndoneziya və Malayziya isə ən böyük istehsalçılardır. Bu məhsulun uzun müddətdir ki, karbonla zəngin torpaq sahələrinin, zəif ekosistemlərin məhv edilməsinə, bioloji müxtəlifliyin azalmasına və nadir heyvanların təhlükə altına düşməsinə səbəb olduğu iddia edilir. Lakin istehsalçılar və bölgə hökumətləri bu iddiaları rədd edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır