Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-20,
Seanews
Heyder Eliyev

Dənizçi, şair-publisist Faiq Balabəylinin 60 illik yubileyinə həsr olunmuş kitab işq üzü görüb

Tanınmış şair-publisist, dənizçi Faiq Balabəylinin 60 illik yubileyinə həsr olunmuş “Bu ömür yaman tələsdi” adlı kitab oxucuların ixtiyarına verilib.

Şərif Ağayarın redaktorluğu ilə “Qanun” nəşriyyatında nəfis tərtibatla çap olunan kitabda xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Fazil Mustafa, filologiya elmləri doktorları Vaqif Yusifli, Mahirə Nağıqızı, əməkdar jurnalist Sona Vəliyeva, Azərbaycan Yazıçılar Bilrliyinin katibləri İlqar Fəhmi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, şair və yazıçılardan İbrahim İlyaslı, Varis, Salam Sarvan, Vasif Süleyman, Xatirə Rəhimbəyli, Ayaz Arabaçı, Rasif İmanoğlu, Zemfira Məhərrəmli, Kəmalə Abıyeva, Hümbət Şamiloğlu, jurnalist Nəzirməmməd Zöhrablı, dənizçi dostları və digərlərinin Faiq Balabəylinin 60 illik yubileyi ilə əlaqədar ürək sözləri, onun yaradıcılığı haqqında düşüncələri yer alıb.

Faiq Balabəyli “Eh ayrılıq nə yamansan”, “Sənə yazılan şeirlər”, ”Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz”, “Bayıldan bayıra”, “Kəsilməyən həyəcan fiti”, “Bakı buxtası - 20 Yanvar”, “Yağışdan sonra”, “Bir ovuc kədər”, “Gəmilərin əmniyyətli idarə olunması”, “Xəzərin çirklənmədən qorunması”, Dənizçilərimiz Vətən müharibəsində”, Onlar qəhrəmandır” adlı poeziya, nəsr və publisistik kitabların müəllifi, AYB-nin üzvü, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü, Müstəqil.az saytının həm yaradıcısı, həm də baş redaktoru, gəmi kapitanı, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədridir.

Bütün ömrü SÖZlə DƏNİZin qonşuluğunda keçən Faiq Balabəyli QONŞULARInın heç birinə xəyanət etməyib. Bunun bir sübutu da “Bu ömür yaman tələsdi” kitabıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır