Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-21,
Seanews
Heyder Eliyev

Mərakeş sahillərində Birinci Dünya müharibəsi illərinə aid gəmilər aşkar edilib

Mərakeşin cənub sahillərində Birinci Dünya müharibəsində batmış doqquz gəmi aşkar edilib.

Bu barədə “Seanews.az” “Krasnaya Vesna” agentliyinə istinadən xəbər verir.

Mərakeş Dəniz İrsi Assosiasiyası gəmilərin qəzaya uğramasının ehtimal olunan səbəbi kimi Almaniyanın sualtı döyüşlərini göstərib. Alman sualtı qayıqlarının Mərakeşin cənub sahillərində düşmənlərinin hərbi və ticarət gəmilərinə hücumu çoxsaylı itkilərə səbəb olub.

Onların arasında Yaponiya, Norveç, Fransa, Böyük Britaniya, Portuqaliya və İtaliyaya məxsus gəmilər var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır