Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-22,
Seanews
Heyder Eliyev

“CMA CGM” ikinci ən böyük konteyner daşıyıcısı ola bilər

“CMA CGM”-nin konteyner donanmasının daşıma qabiliyyəti inamla 4 milyon TEU-ya yaxınlaşır. Fransız xətti bu il təkrar bazarda konteyner gəmilərinin ən aktiv alıcılarından birinə çevrilib.

“Seanews.az” “Alphaliner”-in hesabatına istinadən xəbər verir ki, beləliklə, “CMA CGM” Yunanıstanın “Chartworld” şirkətindən əvvəllər uzunmüddətli müqavilə əsasında icarəyə götürdüyüdörd konteyner gəmisini alır. Bunlar 3700 TEU tutumu olan “CMA CGM Africa One”, “CMA CGM Africa Two”, “CMA CGM Africa Three” və “CMA CGM Africa Four”-dur.

Yaşı 15 il olan gəmilərin dəyəri açıqlanmayıb.

Xatırladaq ki, “CMA CGM” hazırda üçüncü ən böyük konteyner daşıyıcısıdır, xəttin konteyner donanmasının tutumu 3,84 milyon TEU, sifariş kitabçası isə 1 yanvar 2025-ci il tarixinə 1,15 milyon TEU təşkil edir. “Maersk”-in sifarişləri  isə 758 min TEU-nu aşmayıb. Bu isə o deməkdir ki, “CMA CGM” şirkəti “Maersk”-i keçərək ikinci ən böyük konteyner daşıyıcısı ola bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır