Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-28,
Seanews
Heyder Eliyev

Amerika şirkəti heyətsiz gəmilər istehsal edəcək zavod tikməyi planlaşdırır

Amerikanın “Saronic” şirkəti “Port Alpha” adlandırılacaq gəmiqayırma zavodunun tikintisi üçün özəl investorlardan 600 milyon dollar alıb.

“Seanews.az” bu barədə şirkətin “X” sosial şəbəkəsindəki yazısına istinadən məlumat yayıb.

"Biz “Saronic”-in 600 milyon dollar cəlb etdiyini bildirməkdən qürur duyuruq. Bu vəsait bizə yeni nəsil gəmiqayırma zavodunu tikməyə imkan verəcək", - məlumatda deyilir.

Pentaqonun yerüstü gəmilər də daxil olmaqla bütün növ dronlara tələbatı artırdığı üçün “Saronik” orta və böyük heyətsiz gəmilərin istehsalını genişləndirməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır