Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-24,
Seanews
Heyder Eliyev

Dənizçilər arasında nərd turniri təşkil olunub

ASCO və struktura daxil olan digər təşkilatların əməkdaşlarının iştirakı ilə nərd turniri keçirilib.

Gərgin keçən oyun Dəniz Nəqliyyatı Donanmasının əməkdaşı Dəryanur Heybətovun qələbəsi ilə başa çatıb. İkinci yerdə İstehsalat Xidmətləri İdarəsinin əməkdaşı Azay Bağırov, üçüncü yerdə "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşı Abbas Abbasov qərarlaşıb.

Qaliblər hədiyyələrlə mükafatlandırılıblar.

Turnir ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə idman üzrə 2024-cü ilə dair illik iş planına əsasən baş tutub.

ASCO-da idman üzrə keçirilən yarışların əsas məqsədi əməkdaşlar arasında sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır