Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-12,
Seanews
Heyder Eliyev

Finlandiya “Eagle S” tankerini buraxıb

Finlandiya Baltik dənizində sualtı kabelləri zədələməkdə şübhəli bilinərək saxlanılan “Eagle S” tankerini sərbəst buraxıb.

“Seanews.az” bildirir ki, “Splash24/7” bu barədə ölkə hakimiyyətinə istinadən xəbər verir.

Kuk adaları bayraqlı gəminin səkkiz heyət üzvü əvvəllər zərər vurmaqda və kommunikasiyalara ağır müdaxilədə ittiham edilmişdi. Onlardan beşinin ölkəni tərk etməsinə icazə verilmişdi, üçü isə həbsdədir.

Keçən il dekabrın 26-dan Porvooda olan gəmi sərhədçilərin müşayiəti ilə Finlandiyanın ərazi sularını tərk edib.

Finlandiyanın Baş naziri Petteri Orpo bildirib ki, insidentlə bağlı təhqiqat davam etdiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır