Türkiyə ekspedisiyası Antarktidada geniş tədqiqat aparır
Türkiyənin doqquzuncu milli elmi ekspedisiyası Antarktidada geniş tədqiqatlar aparır.
“Seanews.az” xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində bir qrup türkiyəli alim Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının Qütb Araşdırmaları İnstitutu MAM ilə əməkdaşlıq və Sənaye və Texnologiya Nazirliyinin rəhbərliyi ilə insanın fəaliyyəti ilə bağlı tullantıların Antarktidaya təsirini təhlil edir.
Türkiyənin Antarktidadakı elmi bazası olan At Nalı adasından fəaliyyət göstərən tədqiqatçılar iqlim dəyişikliyi və çirklənmənin regionun ekosisteminə təsirini qiymətləndirmək üçün su, buzlaq buzları, torpaq, çöküntü və heyvan qalıqlarındannümunələr toplayaraq müxtəlif proqramlar həyata keçirirlər. Komanda həmçinin balina, suiti və pinqvinlər də daxil olmaqla yerli vəhşi təbiəti izləyir, onların yaşayış mühiti və qida mənbələrindəki dəyişiklikləri qiymətləndirir.