“CMA CGM” üçün tikilən gəmilər Mendeleyevin dövri cədvəli elementlərinin adlarını daşıyacaq
“CMA CGM” şirkətinin metanolla işləyən iki yanacaqlı mühərriklə təchiz edilmiş ilk konteyner gəmisi Sinqapura ilk səfərini edib.
“Seanews.az”-ın məlumatına görə, “CMA CGM Iron” gəmisi martın 4-də Sinqapur limanının körpüsünə yan alıb.
Ümumilikdə Cənubi Koreyadakı “Hyunday Samho Heavy Industries” tərsanəsində 13 000 TEU tutumlu 12 gəmi inşa ediləcək. Mendeleyevin dövri cədvəli elementlərinin adlarını daşıyacaq qalan gəmilər – “Cobalt”, “Argon”, “Platinum”, “Mercury”, “Helium”, “Krypton”, “Thorium”, “Osmium”, “Silver”, “Copper”, “Gold” sifarişçiyə 2025-2026-cı illərdə təhvil veriləcək.
Qeyd edək ki, seriyanın birinci gəmisi “CMA CGM Iron” Asiya və Yaxın Şərq limanları arasında “CIMEX1” xidmətində yerləşdiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır