Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-12,
Seanews
Heyder Eliyev

Qadın dənizçilər üçün qaynar xətt yaradılıb

“Sailors’ Society” beynəlxalq dəniz xeyriyyə təşkilatı Beynəlxalq Qadınlar Günündə dənizçi xanımlar və xanım kursantlar üçün 24 saatlıq qaynar xətt açıb.

“Seanews.az” xəbər verir ki,dənizçi qadınlar indi “Sailors’ Society”-in qadın əməkdaşları ilə məxfi şəkildə danışa bilərlər.

IMO və Qadınların Beynəlxalq Dəniz Sənayesi və Ticarət Assosiasiyasına (WISTA) görə, qadınlar üzən heyətin yalnız 2%-ni təşkil edir və onlar əsasən kruiz gəmilərində çalışırlar.

“Dənizdə işləmək asan deyil və qadınlar üçün bu, daha çətindir. Biz başa düşürük ki, qadının başqa qadınla danışması bəzən daha asan olur. Bu qaynar xətt qadın dəstək qruplarımızla birlikdə onlara nələr yaşadıqlarını bilən digər qadınlardan kömək almağa imkan verir”, - deyə “Sailors’ Society”-in baş direktoru Sarah Baade bildirib.

Qaynar xətt “Skuld” sığorta şirkəti tərəfindən maliyyələşdirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır