Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-13,
Seanews
Heyder Eliyev

Qazaxıstan limanlarında təhlükəli yüklərin daşınması qaydaları dəyişdirilib

Qazaxıstanda dəniz limanlarının fəaliyyəti qaydalarına təhlükəli yüklərin qəbulu və idxalı ilə bağlı dəyişikliklər edilib.

“Seanews.az” “Qazaxıstan Today”-a istinadən xəbər verir ki, bununla əlaqədar Qazaxıstan Respublikası nəqliyyat nazirinin müvafiq əmri qüvvəyə minib.

Sənədin mətnində deyilir: “Təhlükəli yüklər müvafiq qaydada təsnif edilməli, qablaşdırılmalı, markalanmalı, təhlükə barədə nişanlarla təmin olunmalı və daşıma sənədlərində təsvir olunmaqla dəniz limanına yüklənmə və ya boşaldılma üçün qəbul edilir”.

Təhlükəli yüklərin siyahısı da genişləndirilib. İndi siyahıya insanlara və heyvanlara təsir edən “A “kateqoriyalı bərk tibbi tullantılar, həmçinin kobalt dihidroksid tozu da daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır