Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-13,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları arasında keçirilən mini-futbol turniri başa çatıb

ASCO-nun işçiləri və strukturuna daxil olan digər qurumların əməkdaşları arasında Novruz bayramına həsr olunmuş mini-futbol turniri yekunlaşıb.

Turnirdə altı komanda iştirak edib.

Finalda "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodu ilə "Bibiheybət" Gəmi Təmiri Zavodunun komandası üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunu 3-2 hesabı ilə "Bibiheybət" Gəmi Təmiri Zavodunun təmirçiləri qazanıb.

ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə keçirilən turnirin hər iki finalçısına diplomlar və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, ASCO-da əməkdaşlar arasında mütəmadi olaraq idman yarışları təşkil edilir. Məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək və idmana olan maraqlarını daha da artırmaqdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır