Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-31,
Seanews
Heyder Eliyev

Ammonyakla işləyən ilk gəminin suya salınması gecikir

Dünyada ammonyakla işləyən ilk gəminin suya salınması ən azı iki il gecikəcək.

“Seanews.az”  “3Dnews”-ə istinadən xəbər verir ki, gecikmə əsasən ammomyakın təhlükəsiz idarə edilməsi üçün tələb olunan infrastrukturun mürəkkəbliyi ilə bağlıdır.

2021-ci ildə Norveçin enerji nəhəngi “Equinor” Finlandiyanın gəmi mühərrikləri istehsalçısı “Wärtsilä” və gəmiçilik şirkəti “Eidesvik Offshore” “Viking Energy” gəmisini ammonyak yanacağı ilə işləməyə çevirmək üçün səylərini birləşdirdi. Modernləşdirilmiş gəmi 2024-cü ildə suya buraxılmalıydı. Ancaq məlum oldu ki, planın həyata keçirilməsi gözləniləndən qat-qat çətindir. Ammonyakla işləyən gəminin ilk səfəri 2026-cı il üçün nəzərdə tutuldu.

"Biz yalnız bir gəmi üçün kiçik bir problemi həll etmirik. Bu, böyük mənzərənin bir hissəsidir. Bu, karbonsuz yanacaq bazarının yaradılması üçün başlanğıc nöqtəsi olacaq", - deyə “Equinor” şirkətinin bərpa olunan mənbələr və aşağı karbon texnologiyaları üzrə vitse-prezidenti Henrietta Undram bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır