Dövlət qurumlarının əməkdaşları arasında keçirilən nərd yarışında ASCO təmsilçisi ikinci yeri tutub
Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı təşkil olunub.
54 nəfərin (39 kişi və 15 qadın) iştirakı ilə keçirilən yarışda ASCO da təmsil olunub.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, kişilər arasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) təmsilçisi Azay Bağırov ikinci yeri tutub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır