Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-31,
Seanews
Heyder Eliyev

Misir Qırmızı dənizdəki hadisələrə görə hər ay 800 milyon dollar itirir

Misir Qırmızı dənizdəki hadisələrin doğurduğu Süveyş kanalı ilə bağlı vəziyyətə görə hər ay 800 milyon dollar itirir.

“Report” xəbər verir ki, bunu Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi bildirib.

“Ölkə bu regiondakı vəziyyətlə əlaqədar Süveyş kanalından əldə edilən gəlirlərin azalması səbəbindən aylıq 800 milyon dollar itki ilə üzləşir”, - Misir lideri vurğulayıb.

Onun fikrincə, ölkəsi son 15 ildə üzləşdiyi bütün problemlərə baxmayaraq, inamla inkişaf etməkdə davam edir.

Qeyd edək ki, Yaxın Şərqdəki gərginlik başlamadan öncə Misir Süveyş kanalının istismarından ildə 10 milyard dollar gəlir əldə edib. Kanaldan gələn pul vəsaitləri Misir büdcəsinin əsas gəlir mənbələrindən biri və xəzinə üçün mühüm xarici valyuta mənbəyidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır